The Investor - məlumat, xəbər və innovasiya yönümlü elektron jurnal olmaqla, məqsədi qarşılıqlı qazan və qazandır strategiyası ilə Qafqazda maliyyə savadlılığını təşviq edən bir təşkilatdır. The Investor'da biz Azərbaycan, Gürcü və İngilis dillərində startaplar, iqtisadiyyat, psixologiya, səhiyyə və təhsil haqqında məqalələr dərc edirik və innovativ ideyaları dəstəkləyirik. Biz, bu təşəbbüsü "TheInvestor" adlandırdıq, çünki iki təməl amili göstərmək istəyirik. İlk olaraq, "The" adı media brendi kimi səslənir. İkincisi isə, biz maliyyə yönümlü media olduğumuzu bildirmək istədik. İlk növbədə, Qafqaz ölkələrindəki etnik azlıqlara diqqət yetirsək də, fəaliyyətimiz, fərq qoymadan, hamıya fayda verəcək.
Gürcüstanın növbəti texnoloji startap gücünə çevrilməyə necə hazır olduğunu anlamaq üçün, onu ‘Baltik pələngi’ adlandırılan Estoniya ilə müqayisə edək:
Aİ-nin rəsmi saytına görə, 2020-ci ildə Estoniyanın əhalisi 1,331,796 nəfər olub.
Gürcüstan əhalisi Estoniyadan 2,8 dəfə çoxdur, lakin Estoniya Skype
, Bolt
və bunun kimi sərmayəsi milyard dolları ötən məşhur brend şirkətləri
(onlar “Kərkədanlar” adlanır) ərsəyə gətiriblər. Əgər Estoniya haqqında araşdırma aparmaq üçün bir az vaxt ayırsanız, sual yarana bilər : Niyə məhz Gürcüstan yox, Estoniya çiçəklənən startap icmasına ev sahibliyi etməlidir? Estoniyanın hazırda Gürcüstandan iki böyük üstünlüyü var:
1. Aİ-yə üzvlük.
Aİ-yə üzvlük, investorlar üçün tamamilə zəruri olan hökumət sabitliyinə və təhlükəsizliyinə zəmanət verir. Xarici investorlar investisiyalarının təhlükəsiz və sabit olacağına əmin olmağa çalışırlar.
2.Texnologiyaya sərmayə qoyurlar.
Estoniya startaplarının əksəriyyəti, hamısı olmasa da, texnologiyaya əsaslanır. Bolt və Skype nümunələrdən yalnız bir neçəsidir. Qloballaşan dünyada hamımızın internetə, texnologiyaya və öz ekosistemimizi inkişaf etdirməyə başlamaq üçün lazım olan resurslara çıxışı var. Gürcüstan Estoniyanın olduğu yerdən çox da uzaqda deyil. Bu gündən düzgün seçim etməyə başlasaq, Gürcüstan üçün belə bir gələcək əldə etmək imkansız deyil.
15 noyabr 2021-ci il tarixində Tbilisidə keçirilən konfransda
xarici avantüra kapitalistləri razılaşdılar ki, Gürcüstanda Estoniyanın 2011-ci ildə olduğu əhval-ruhiyyə var. Hökumətin məqsədyönlü qərarlar qəbul etdiyini fərz etsək, Gürcüstan xarici investorları çox yaxşı cəlb edə bilər. Bu investorlara avantüra, yəni təşəbbüs kapitalistləri deyilir. Onlar, bir araya gələrək illik gəlirlərinin təxminən 20 faizini, startapınızın uğurunun mümkünlüyünə sərmayə qoyurlar. Yəni, onlar həm uğurunuzda, həm də uğursuzluğunuzda sizin tərəfdaşınız olurlar. Etməli olduğunuz yeganə şey: uğur üçün ağlabatan bir plan hazırlamaqdır və onlar sizə qoşulacaqlar. Yeni nəsli həvəsləndirmək üçün, Qafqaz gənclərini öyrətmək, Gürcüstanı ikinci Estoniyaya çevirmək və bütün Qafqazda dəyişikliklərin bir hissəsi olmaq üçün texnologiya, maliyyə, biznes, startaplar və psixologiya üzrə təlim və konfranslar keçirmək məqsədindəyik.
Yuxarıda göstərilənlərə əlavə olaraq, İnvestor, ailələrin maddi rifahını təşviq etmək, vətəndaşlara varlanmağa və bütün Qafqaz regionu üçün firavan gələcəyə doğru yola çıxmağa imkan verən qanunları müdafiə etmək məqsədi daşıyır. Aydın bir plan, yol, dəyər və əxlaq , çarə tapmağı, dostluqlar qurmağı hədəfləyirik. İnvestor açıq cəmiyyətdir. Ümid edirik ki, Qafqazda, vətəndaşların vəziyyətinin yaxşılaşdırılması üçün, nə edilməsi barədə startapçılar, müəllimlər, jurnalistlər, iş adamları, siyasətçilər və səfirliklər ilə işləmək, maliyyə rifahı, həyat və təhsilin keyfiyyəti haqqında fikir formalaşdıracağıq.
Bunu mümkün edən İnvestor'un oxucularına və dostlarına təşəkkür edirik!
Daha yaxşı bir Dünya üçün, azadlıq, dürüstlük və insanlıq üçün!
TheInvestor
Istinadlar: