Mənim maliyyə savadlılığına səyahətim burada, ABŞ-da təxminən 10 il əvvəl 2008-ci ildə
bazarın çökməsindən sonra başladı. Bir mütəxəssis kimi Gürcüstanda təhsil aldığım
müddətdə bazar iqtisadiyyatının dinamikasını öyrənmək imkanım olmayıb. Burada mən
maliyyə savadlılığının əhəmiyyətini vurğulamaq istəyirəm ki, o sizdə maraq doğuran
konkret sahələrdə öz araşdırmalarınızı etmək üçün qapı açsın. Burada həmçinin gündəlik
birjaya necə vaxt ayırmağa başladığım və öyrəndiyim investisiya vərdişləri ilə bağlı
təcrübəmi də bölüşəcəyəm.
Bütün dünya üzrə insanların çoxu məktəbdə maliyyə təhsili almır və demək olar ki, hər kəs
bunu özü öyrənir. Ən azı gürcülər maliyyə və investisiyani başa düşməkdə hər hansı digər
ölkədən gələn adi insandan geri qalmırlar. Hökumətdən əldə edilən ictimai məlumatların
əksəriyyəti texniki xarakter daşıyır, lakin Gürcüstan milli bankı maliyyə savadlılığı
proqramları haqqında məlumatı https://nbg.gov.ge/en/publications/financial-education
ünvanında saxlayır.
Buna baxmayaraq, müvafiq maarifləndirici videolar və statistik məlumatlar şagirdləri
aşağı siniflərdən cəlb etmək və onun əsasında qurmaq üçün təlimatın bir hissəsi
olmalıdır. Florida ştatı da daxil olmaqla bir çox ştatın qəbul etdiyi orta məktəb diplomu
üçün maliyyə savadlılığını tələb etmək yaxşı bir fikir ola bilər. Burada digər vacib amil,
əlbəttə ki, tələbələrin bacarıqları və istəkləridir ki, onlar kifayət qədər əl çatan resursdan
istifadə etməlidilər. Ona görə də karyeralarını davam etdirmək onların seçimidir , xarici
təzyiq və ya populyarlıqdan asılı olmamalıdırlar.
Nəhayət, mən yaxın dostumun tövsiyə etdiyi mentordan öyrəndiyim investisiya vərdişi ilə
bağlı təcrübəmi bölüşməklə davam edəcəyəm. Mentorla hər biri 5 saatliq 5 dərs keçdim.
Əsasən bazar iqtisadiyyatında investisiya vərdişini inkişaf etdirdim və maliyyə müstəqilliyinə çatmaq üçün yol xəritəmi hazırladım. Vəsait əldə etmək üçün kifayət qədər
qazanc əldə edən , şəxsi inkişaf təlimini uğurla başa vurmuş və keyfiyyət analizi tətbiq
edən biri olaraq mənim üçün ən böyük məqam müşavirimin birja, xüsusən
İndekslər/Qarşılıqlı Fondlar və uzunmüddətli investisiya ikonu Warren Buffet-ilə tanışliğı
oldu.
Öz maliyyə yolumu da buna uyğun olaraq planlaşdırmağa başladım. Maliyyə
müstəqilliyinə nail olmaq üçün investisiya vərdişini mümkün qədər tez inkişaf etdirmək
son dərəcə vacibdir və maliyyə dünyası, xüsusən də birja haqqında savadlı olmaq da eyni
dərəcədə vacibdir. Biz hamımız öz maliyyə savadımızın hazırkı vəziyyəti ilə bağlı tənqidi
suallar verməliyik və şəxsi plan hazırlamalıyıq. Mən həmçinin düşünürəm ki, resurs və
medianin əlçatanlığı, istər tələbə, istər polis, istərsə də hərbçi, fəhlə- fermer olmağınızdan
asılı olmayaraq, fərdlər üçün kifayət qədər yetərli olmalıdır. Maliyyə müstəqilliyinə
mümkün qədər tez çatmaq üçün sağlam bir plan olmadan işləməyin və qazanmağın heç
bir mənası yoxdur!
Sənan Hacıyev
- QA analitiki (Keyfiyyət Analitiki)
- Keyfiyyətin təminatı üzrə analitik proqram təminatının sınaq prosesinə
nəzarət edir və İT sənayesində ayrılmaz mövqedədir.
İnvestisiyaların bəzi formaları zahirən yaxşı görünür, lakin sizi aldadıb, pulunuzu, vaxtınızı və bəzi hallarda reputasiyanızı almaq üçün hazırlanmış fırıldaqlar və ya sxemlərdir. Ilk öncə bunlardan ən təhlükəlisi - piramida sxemini nəzərdən keçirəcəyik.
ფინანსურიწიგნიერება
08 მაისი , 2023
4,466
5 წუთ (1095)
DANE MUCKLER PH.D., SABIRA ALIYEVA+6
"Ən sadə formada investisiya, daha sonra gəlir və ya artım əldə etmək ümidi ilə pul qoyduğunuz bir şeydir." Gəlirinizi artırmaq üçün özünüzə investisiya edin. Bu məqalə sərmayə qoyuluşunun əsaslarına dair seriyanın birincisidir.
ფინანსურიწიგნიერება
StockMarket
ეკონომიკა
01 თებერვალი , 2023
4,045
2 წუთ (469)
GARA ISMAILOV, JOE BUELL+8