İnvestisiya (sərmayə) bir çox insan üçün tanış olmayan mövzudur. Maliyyə menecmenti çox vaxt düzgün başa düşülmür və çox sadələşdirilir. Təhsildə maliyyəyə olan etinasızlıq isə vəziyyəti daha da pisləşdirir. Nəticədə bəzi insanlar bu bilgi yetərsizliyindən, real olmayan və bəzən də qanuni olmayan maliyyə sxemlərini istifadə edərək faydalanır.Bununla mübarizə aparmaq üçün, nə vaxt sərmayə qoymayacağınızı müəyyən etməyə kömək edəcək məqalələr paylaşdıq. Bu məqalələrdən heç bir şey əldə etməsəniz belə, pula qarşı realist olmağı, həmçinin onun nəyi edib, edə bilməyəcəyini yadınızda saxlayın.Əgər bir şey doğru olmaq üçün yaxşı görünürsə, yəqin ki, elədir. Aşağıda bizim maliyyə yönümlü məqalələrimizin xülasəsini, hər birinin keçidləri ilə tapa bilərsiniz. Əlavə suallarınız olsa və ya xüsusi mövzu müzakirə edildiyini görmək istəsəniz, The Investora mesaj yazaraq bizə bildirin.
Gəlin, əvvəlcə investisiyanın nə olduğunu müzakirə edək. Ən bəsit formada investisiya, daha sonra gəlir və ya mənfəət əldə etmək ümidi ilə pul qoyduğunuz bir şeydir. Yaxşı sərmayə, sizə investisiya etdiyinizdən daha çox pul qaytarır, pis sərmayə isə ödədiyinizin bir hissəsini və ya hamısını itirir (çox vaxt “əsas məbləğ” adlanır). Ümumiyyətlə, investisiyalar risk səviyyəsinə görə aşağı, orta və ya yüksək riskli olmaları ilə təsnif edilə bilər.
Aşağı riskli investisiyalar az risk daşıyır, lakin yüksək gəlirli deyil. Bunun üçün ən yaxşı nümunə əmanət hesabıdır. Bu halda, siz banka qısa və ya uzunmüddətli depozit qoyursunuz, bank sizə pulunuza görə faiz ödəyir. Əmanətinizi götürən bankın sizin depozit üçün riski ümumiyyətlə çox aşağıdır və ya yoxdur. Bununla belə, banklar tərəfindən ödənilən faiz dərəcələri adətən əksər valyutalar üçün inflyasiya dərəcəsindən az olur və bu da zamanla xalis itki ilə nəticələnir. Bunu nə vaxt qənaət etmək və nə vaxt investisiya etmək barədə olan məqaləmizdə daha ətraflı izah edirik.
Orta riskli investisiyalar daha çox risk daşıyır və heç bir zəmanət vermir, lakin onlar aşağı riskli investisiyalardan daha yüksək gəlir gətirirlər. Buna misal iri şirkətdə və ya Mercedes Benz Group ADR kimi tanınmış beynəlxalq brenddə açıq şəkildə satılan səhmlər ola bilər. Səhmlər olduğu halda, şirkətin dəyəri artdıqca onların da dəyəri artır və bəziləri rüblük və ya illik dividendlər ödəyirlər. Vaxt keçdikcə yaxşı bir səhmin dəyəri adətən inflyasiya dərəcəsindən və ya bankın yatırılan vəsaitlərə ödəyəcəyi faizdən daha yüksək olacaqdır. Bununla belə, bütün investisiyalar risk daşıyır. Bəzən bir səhmin dəyəri artmaya və hətta zamanla azala bilər. Bunun niyə baş verdiyi səhmləri başa düşmək üzrə məqaləmizdə müzakirə olunur.
Yüksək riskli investisiyalar böyük risk daşıyır, lakin çox yüksək gəlirlər təklif edə bilir. Yüksək riskli investisiyaların nümunələri:
- Penny səhmləri.
- Özəl şirkətdə səhm.
- Nisbətən naməlum şirkətdən ilkin ictimai təklif (IPO - initial public offering).
Bu investisiyaları yalnız təcrübəli investor yaxud maddi olaraq bütün investisiyanızı itirmək riskini qəbul edə biləcək olduğunuz təqdirdə nəzərə almalısınız. Bir neçə məqalə bu mövzuları, o cümlədən penny səhmlərinin izahı, IPO-nun necə qiymətləndirilməsi həmçinin özəl və dövlət səhmləri arasındakı fərqləri kimi mövzuları əhatə edir.
İndi investisiyalar və onların nə olduğu haqqında ümumi məlumatınız olduğuna görə, gəlin növbəti məqalədə sərmayə qoymağın qaranlıq tərəfini müzakirə edək…
İnvestisiyaların bəzi formaları zahirən yaxşı görünür, lakin sizi aldadıb, pulunuzu, vaxtınızı və bəzi hallarda reputasiyanızı almaq üçün hazırlanmış fırıldaqlar və ya sxemlərdir. Ilk öncə bunlardan ən təhlükəlisi - piramida sxemini nəzərdən keçirəcəyik.
ფინანსურიწიგნიერება
08 მაისი , 2023
4,467
5 წუთ (1095)
JOE BUELL, AITACH GOJA+6
Dünyada vəziyyət nəhayət sabitləşəndə Gürcüstan misilsiz iqtisadi artıma hazır olacaq, ərasətli sahibkarlar isə bu gündən hazır olmalıdırlar.
ფინანსურიწიგნიერება
ეკონომიკა
21 ნოემბერი , 2022
5,977
7 წუთ (1319)
AISHE BADALOVA, SABINA KAZIMLI+5